Arvadını öldürüb gölməçəyə atdı,


Kriminal 06 Sen 2019 13:25:00 226 0

Arvadını öldürüb gölməçəyə atdı,

Bakıda 7 il əvvəl arvadını öldürüb itkin düşdüyünü deyən kişinin məhkəməsi başlayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2012-ci ilin sonlarında baş verib. Qobustan qəsəbə sakini Nazim Cəfərov həyat yoldaşı Kamilə Cəfərovanı bıçaqlayaraq öldürüb, sonra isə meyiti qəsəbə ərazisindəki su hövzəsinə atıb. Bir neçə ay sonra isə arvadının itkin düşməsini polisə xəbər verib. K.Cəfərova 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və axtarışlara başlanılıb. Həmin ilin noyabrın 20-də Qobustan rayonunda gölməçədən çürümüş meyit tapılıb. Onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığı üçün həmin şəxsin Kamilə Cəfərova olduğu bilinməyib.

2019-cu ilin mart ayında cinayətin üstü açılıb və K.Cəfərovanı elə öz ərinin öldürdüyü aydın olub.  N.Cəfərov  qəsdən adam öldürməkdə ittiham edilərək həbs edilib. Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.