74 yaşlı qadının əkiz uşaqları oldu


Digərləri 06 Sen 2019 13:43:00 200 0

74 yaşlı qadının əkiz uşaqları oldu

Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) üsulu ilə hamilə qalan 74 yaşlı qadın əkiz qızları olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Hindustan Times" qəzeti yazıb.

Xəstəxananın direktoru uşaqların qeysəriyyə əməliyyatının köməyi ilə götürüldüyünü bildirib.

"Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır. Ancaq ana son bir neçə saatlıq stresdən çıxması üçün intensiv terapiya bölməsinə göndərilib", - həkim deyib.

Manqayamma uşaqları üçün südü donor bankından alacaq.

(adsgarden = window.adsgarden || []).push({});