Poroşenko yenə sorğuya getmədi


Dünya 06 Sen 2019 13:56:00 201 0

Poroşenko yenə sorğuya getmədi

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko bu gün növbəti dəfə Dövlət İstintaq Bürosuna çağırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, yenə də sorğuya getməkdən imtina edib.

Poroşenkonun vəkilinin sözlərinə görə, bunun üçün eks-dövlət başçısının ciddi səbəbi olub. O, səbəbi açıqlamayıb.

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.