Şəmkirdə evə basqın edən maskalı şəxs saxlanılıb


Digərləri 06 Sen 2019 13:54:37 210 0

Şəmkirdə evə basqın edən maskalı şəxs saxlanılıb

Şəmkirdə maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib.

Bakı. Samir Əli - Şəmkirdə maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməsini bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.