Maradonanın yeni iş yeri müəyyənləşdi


İdman 06 Sen 2019 12:21:00 320 0

Maradonanın yeni iş yeri müəyyənləşdi

Əfsanəvi futbolçu Dieqo Maradonanın yeni iş yeri müəyyənləşib.

Goal.az xəbər verir ki, veteran futbolçu Argentinanın Gimnasia futbol klubunun baş məşqçisi təyin edilib. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 58 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi imzalanıb.

Gimnasia hazırda Argentina Superliqasında sonuncu - 24-cü sırada qərarlaşıb.

Qeyd edək ki, argentinalı mütəxəssisin son iş yeri Meksikanın 2-ci liqasında çıxış edən Dorados klubu olub.