Messi Barcelona-dan ayrıla biləcək


İdman 06 Sen 2019 13:12:00 319 0

Messi Barcelona-dan ayrıla biləcək

Barcelona-nın argentinalı ulduzu Lionel Messi komandanı tərk etmək hüququ əldə edib.

Goal.az "El Pais" qəzetinə istinadən xəbər verir ki, Messi hər mövsümün sonunda klubu tərk etmək hüququ qazanıb. Həmin maddə futbolçunun tələbi ilə müqavilə şərtinə əlavə edilib.

Qeyd edək ki, 2005-ci ildən bəri Barcelona-nın formasını geyinən Messi bu günə qədər komanda ilə 8 müqavilə imzalayıb. 2017-ci ildə imzalanan və müddəti 2021-ci ildə bitən sonuncu müqavilədə futbolçunun sərbəst qalma haqqı 300 milyon avro müəyyənləşdirilmişdi.