Azərbaycanda daha 50 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulacaq


Digərləri 06 Sen 2019 13:08:00 228 0

Azərbaycanda daha 50 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulacaq

2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - 2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək. Layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir.