BŞİH: Bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət ürəkaçan deyil


Digərləri 06 Sen 2019 12:59:45 191 0

BŞİH: Bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət ürəkaçan deyil

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə müraciət edib.

Bakı. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə müraciət edib. BŞİH-dən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir: "Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar tərəfindən işlər görülür. Paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir. Paytaxt sakinləri kimi ötən gün müşahidə etdiklərimiz isə bu işlərə, ümumilikdə isə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və mənfəətlərini güdənlərə rast gəldik. Hamının çox yaxşı tanıdığı bir neçə iri və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyildir. Çox təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə biganə yanaşırlar. Canlı bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı?