Qəbələ sakini 3 kq narkotiklə tutuldu


Kriminal 06 Sen 2019 11:54:00 281 0

Qəbələ sakini 3 kq narkotiklə tutuldu

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nic qəsəbə sakini Oleq Çalabari saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 1,07 qr narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə O.Çalabarinin usta olaraq işlədiyi təmir emalatxanasına və onun ətrafındakı əraziyə də baxış keçirilib. Emalatxananın arxa tərəfindən yaş vəziyyətdə çəkisi 16 kq-a yaxın 26 ədəd çətənə bitkisi və 3 kq 230 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.