Bakıda yük maşını "Mercedes"i belə sürüdü VİDEO


Digərləri 06 Sen 2019 11:48:18 205 0

Bakıda yük maşını "Mercedes"i belə sürüdü  VİDEO

Dünən axşam saatlarında Bakının Sabunçu rayonunda yük maşını ilə minik avtomobili toqquşub.

Son.az publika.az-a istinadən xəbər verir ki, yolun sol zolağı ilə hərəkət edən ağırtonnajlı yük maşını onu sağdan ötməyə çalışan "Mercedes"i vurub. Yük maşınının bir qədər sürüdüyü avtomobil Sabunçu dairəsinin kənarındakı səkiyə çıxaraq yolun kənarına düşüb.

Hadisədən sonra "Mercedes"in sürücüsü nəqliyyat vasitəsini tərk edərək onu vuran yük maşınının arxasıyca qaçıb. Yol qəzasını əks etdirən videonu təqdim edirik.