Azərbaycanın U-21 yığması Slovakiya ilə qarşılaşır


İdman 06 Sen 2019 11:17:00 227 0

Azərbaycanın U-21 yığması Slovakiya ilə qarşılaşır

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. 

Goal.az xəbər verir ki, rəqib Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası olacaq. “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. 

Bu, Azərbaycan yığmasının 2-ci qrupda ikinci, Slovakiyanın isə ilk matçı olacaq. Milan Obradoviçin baş məşqçi olduğu komanda daha əvvəl səfərdə Lixtenşteynə uduzub - 0:1. Növbəti oyun sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq. 

 Avropa çempionatı, II tur

6 sentyabr

20:30. Azərbaycan - Slovakiya

Baş hakim: Deyan Yakimovski

Baş hakimin köməkçiləri: Nikola Karakolev, Kushtrim Lika

Dördüncü hakim: İqor Stoychevski (hamısı Şimali Makedoniya).