Livanın səfiri Türkiyə XİN-ə çağırıldı və tələb edildi ki...


Digərləri 06 Sen 2019 11:39:20 249 0

Livanın səfiri Türkiyə XİN-ə çağırıldı və tələb edildi ki...

Livanın Ankaradakı səfiri Həssən Müəllim Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakı. Rufiz Hafizoğlu - Livanın Ankaradakı səfiri Həssən Müəllim Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Trend-in məlumatına görə, buna səbəb isə bir qrup şəxsin Beyrutda Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsi olub. Aksiya iştirakçıları Türkiyəni "terror ölkəsi" adlandırıblar. Aksiya zamanı, həmçinin Türkiyənin dövlət bayrağının da yandırıldığı qeyd edilir. Türkiyə XİN Livan səfirinə iradlarını çatdıraraq belə təxribatçı aksiyalara son qoyulmasını və Beyrutdakı səfirliyin təhlükəsizliyinin təmin edilməsini tələb edib.