Rusiyada iki qırıcı havada toqquşdu


Dünya 06 Sen 2019 11:29:39 210 0

Rusiyada iki qırıcı havada toqquşdu

Rusiyanın Lipetsk vilayətində təlim uçuşu zamanı iki Su-34 qırıcı-bombarmançısı toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzaya təyyarələr arasında vizual əlaqənin itməsi səbəb olub.

Hər iki təyyarəyə ciddi ziyan dəysə də, yerə eniş edə bilib.

İnsident nəticəsində pilotların xəsarət almadığı deyilir.