Məktəb direktoru piyadanı vurdu


Digərləri 06 Sen 2019 10:55:00 265 0

Məktəb direktoru piyadanı vurdu

Xaçmazdakı yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbə sakini, 59 yaşlı Mirbala Orucov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyada, 59 yaşlı Qusarçay kənd sakini İslam Canıyevi vurub. Qəza nəticəsində piyada ölüb.

Qeyd edək ki, qəzanı törədən M.Orucov Nabran orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.