Qadın ərini öldürdükdən sonra cinsiyyət orqanını kəsib,


Dünya 06 Sen 2019 10:59:00 235 0

Qadın ərini öldürdükdən sonra cinsiyyət orqanını kəsib,

Ərini öldürən 48 yaşlı qadın polis tərəfindən saxlanılıb.

Son.az ladbible-a istinadla xəbər verir ki, Ukraynanın Obariv vilayətində yaşayan 42 yaşlı Mariya adlı qadın ərini öldürdükdən sonra onun başını və cinsiyyət orqanını kəsib.

Polislərin verdiyi məlumata görə, illərdir əri tərəfindən şiddətə məruz qalan Mariya onun cinsiyyət orqanını itlərə yedirib. O, Aleksandr adlı 49 yaşlı ərini yatdığı yerdə qətlə yetirib.

Əlləriylə ərini boğub öldürən qadın sonradan onun başını baltayla, cinsiyyət orqanını isə mətbəx bıçağı ilə kəsib. O, daha sonra qaçmaq istəyərkən qonşuları onu görüb, polisə xəbər veriblər.