DİNnin hospitalında burun əməliyyatından sonra ölən polis xanmın FOTOSU


Digərləri 06 Sen 2019 10:25:00 208 0

DİNnin hospitalında burun əməliyyatından sonra ölən polis xanmın FOTOSU

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı burun əməliyyatından sonra dünyasını dəyişib.

Son.az xəbər verir ki, unikal.org dünyasını dəyişən qadının fotosunu əldə edib.

Adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub. Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var.

Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır.