İş axtaranların nəzərinə! Nazirlik 200-dən çox vakant yerə işçi axtarır


Digərləri 06 Sen 2019 10:18:00 221 0

İş axtaranların nəzərinə! Nazirlik 200-dən çox vakant yerə işçi axtarır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib. Nazirlikdən Trend-ə bildirilib ki, əsasən aqronom, baytar feldşeri, baytar həkimi, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var. Bildirilir ki, bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.