Honduras prezidenti ölkədə fövqəladə vəziyyət elan edib


Dünya 06 Sen 2019 08:19:00 231 0

Honduras prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

Honduras hakimiyyəti güclü quraqlıq səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezindeti Xuan Orlando Ernandes bildirib.

Onun sözlərinə görə, su qıtlığı kənd təsərrüfatına və sakinlərin gündəlik həyatına təsir edəcək:

"Fövqəladə vəziyyət elan etdik, amma əhali də töhfəsini verməlidir, çünki biz görünməmiş vəziyyətlə üzləşdik".