Təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib


Digərləri 06 Sen 2019 07:35:00 195 0

Təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib

Böyük Britaniyada "EasyJet" aviakompaniyasına məxsus təyyarənin sərnişini işə çıxmayan pilotu əvəz edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mançesterdən İspaniyanın Alikante şəhərinə uçmalı olan təyyarənin pilotunun işə gəlmədiyi məlum olduqdan sonra sərnişin Maykl Bredli aviakompaniyaya öz xidmətini təklif edib. Üzərində pilot sənədi olan sərnişinə ciddi yoxlamadan sonra layneri idarə etməyə icazə verilib.

Nəticədə uçuş vaxtında həyata keçirilib. "EasyJet" aviakompaniyası göstərdiyi köməyə görə sərnişin Maykl Bredliyə təşəkkürünü bildirib.

(adsgarden = window.adsgarden || []).push({});