Mağazalar şəbəkəsi alıcılardan silahla gəlməməyi xahiş edib


Digərləri 06 Sen 2019 05:01:00 232 0

Mağazalar şəbəkəsi alıcılardan silahla gəlməməyi xahiş edib

Ən böyük ərzaq mağazaları şəbəkəsi olan "Kroger"in rəhbərləri öz alıcılarından xahiş ediblər ki, bu şəbəkənin mağazalarına odlu silahla gəlməsinlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin siyasətində bu dəyişiklik ABŞ-da törədilmiş bir neçə kütləvi güllələmə faktından sonra baş verib.

Şirkətin korporativ məsələlər üzrə vitse-prezidenti Cesika Adelman deyib: "Kroger" hüquq-mühafizə orqanlarının səlahiyyətli əməkdaşları istisna olmaqla bütün alıcılardan xahiş edir ki, bundan sonra bizim mağazalara gələndə özləri ilə odlu silah götürməsinlər".

Odlu silah gəzdirmək barədə qanunlar müxtəlif ştatlarda fərqlidir. 31 ştatda insanlar hər hansı lisenziya və icazə olmadan tapançaları açıq gəzdirə bilərlər. Həmin ştatlarda bəzi hallarda silah boş olmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});