Dünya şokda: bir şəhər tamamilə YOX OLDU İNANILMAZ FOTOLAR


Digərləri 06 Sen 2019 02:02:00 273 0

Dünya şokda: bir şəhər tamamilə YOX OLDU  İNANILMAZ FOTOLAR

Yoxa çıxan hava limanı, toza dönmüş evlər, oyuncaq kimi tərsinə çevrilmiş gəmilər, avtomobillər...

Dünya Baham adalarından gələn görüntülərlə şoka düşdü...

Son.az bildirir ki, Karib dənizinin incisi olan Baham adalarını yerlə-yeksan edən Dorian qasırğası ABŞ-ın Florida ştatına yaxınlaşarkən geridə qoyduğu dağıntı səmadan görüntülənib.

Atlantik okeanında yaranan ən güclü ikinci qasırğa statusuna yiyələn Doriandan sonra Abako adalarının halı nəhəng sunami dalğalarının yıxdığı şəhərlərə oxşayır.

"Röyters" xəbər agentliyi binaların toza çevrildiyini və nəhəng gəmilərin oyuncaq kimi 180 dərəcə çevrilidiyini bildirir.

Bəzi prospektlərdə, demək olar ki, evlərin hamısı yox olub. Tək-tük binalar gözə çarpır.

Kilometrlərlə sahə xarabalığa dönüb.

Beynəlxalq Qızılxaç Komitəsinə görə, 300 km-ə yaxın sürətlə Baham adalarından keçən Dorian 13 min evə zərər verib.

Şokedici görüntülərin çəkildiyi yerlərdən biri isə Abaka adalarındakı Marş Limanıdır.

Uçuş zolaqlarının hamısı yoxa çıxıb və Marş Harbor yalnız qüllədən ibarətdir.

Hava limanının ətrafındakı meşəlik ərazi də qasırğanın özüylə birgə gətirdiyi su ilə örtülüb.

5-ci təhlükə kateqoriyasına qədər çıxan Dorian bəzi bölgələrdə 89 sm yağışa səbəb olub.

(adsgarden = window.adsgarden || []).push({});