Dunay çayı üzərində körpünün inşa edilməsinə 363 milyon avro ayrılıb


Digərləri 06 Sen 2019 00:30:00 279 0

Dunay çayı üzərində körpünün inşa edilməsinə 363 milyon avro ayrılıb

Avropanın regional inkişaf fondu Rumıniyanın cənub-şərqində Braila şəhərində Dunay çayının üzərində körpünün inşası üçün 363,3 milyon avro ayırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihənin əsas məqsədi regionda həyat keyfiyyətini yaxşılaşdırmaq, Moldova və Ukrayna ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir.

Yeni körpü TransAvropa nəqliyyat şəbəkəsinin bir hissəsi olaraq, Rumıniyanın şimalı ilə Dunay deltasını və ölkənin cənubunda Konstanta limanları arasında əlaqəni yaxşılaşdıracaq. Layihənin 2023-cü ildə bitirilməsi gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});