VW Arteon şutinqbreykə çevrilə bilər FOTO


Digərləri 05 Sen 2019 23:58:00 234 0

VW Arteon şutinqbreykə çevrilə bilər  FOTO

Təsdiq edilməmiş məlumatlara görə, Volkswagen şirkəti shooting brake tipli kuzov növünə diqqət yetirmək qərarına gəlib. Uzun müddətdir ki, kütləvi informasiya vasitələri dördqapılı kupe kimi səciyyələndirilən Volkswagen Arteon modelinin universal kuzovlu versiyasının buraxılacağını iddia edirlər.

Son.az autograph.az-a istinadən bildirir ki, bu günlərdə alman istehsalçısının mətbuat xidməti Emdendəki zavodun rekonstruksiyasına həsr edilmiş açıqlamasında naməlum universal haqqında məlumat verilib. Açıqlamada söhbət zavodun MEB platformasında inşa ediləcək elektromobillərin buraxılması üçün modernləşdirilməsi, mövcud olan sexlərin genişləndirilməsi və yenilərinin tikilməsindən gedir. Hazırda bu zavodda Passat modelinin istehsalı təşkil edilib. Sirli şutinq-breyk modeli isə, köhnə sexlərdə buraxılacaq modellərin siyahısına daxil edilib.

Şayiələrə görə, yeni beşqapılı universal Arteon modeli ilə bir xəttdə istehsal ediləcəkdir. Bu modelin yeni altısilindrli mühərrik ilə təchiz ediləcəyi də söylənilir. Çox güman ki, yeni mühərrik Arteon modelinin top-variantlarının təchiz edildiyi 280 at qüvvəli aqreqatından güclü olacaqdır.

Alman istehsalıçısı Passat modellərinin istehsalını Emdendəki zavoddan Skoda markasının Kvasindəki zavoduna keçirməyi planlaşdırır. Beləliklə, Volkswagen Passat ilə Skoda Superb modelləri bir xəttdə buraxılacaqdırlar.

(adsgarden = window.adsgarden || []).push({});