Ermənistanda generalın oğlu silahlı insident törətdi


Dünya 05 Sen 2019 23:00:00 225 0

Ermənistanda generalın oğlu silahlı insident törətdi

Sentyabrın 4-də Yerevan-Armavir şossesində silahlı münaqişə baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 26 yaşlı Ara Qriqoryan 30 нфюдж Koryun X. adlı şəxsə "Kimar" markalı tapançasından 2 dəfə atəş açıb və hadisə yerindən uzaqlaşıb. Koryun atəşdən yayına bilib. Polis Üçmüədzin sakini olan Aranı şübhəli şəxs qismində saxlayıb. Axtarış zamanı onun üzərindən bıçaq da tapılıb.

Daha sonra məlum olub ki, saxlanılan şəxs Ermənistan parlamentinin keçmiş deputatı, general Manvel Qriqoryanın oğludur. Ara Qriqoryan soruğu-sualdan sonra sərbəst buraxılıb və ona ölkəni tərk etmək qadağan olunub. Hazırda faktla bağlı araşdırmalar aparılır.