Ən ucuz 5G smartfonu satışa çıxarıldı


Digərləri 05 Sen 2019 23:20:00 250 0

Ən ucuz 5G smartfonu satışa çıxarıldı

Vivo iQOO Pro 5G telefonunun satışı cəmi dörd saat ərzində 200 000 ədədi aşıb

Bu günlərdə Vivo şirkətinin iQOO bölməsi vasitəsilə istehsal etdiyi ən ucuz 5G smartfonu satışa çıxarılıb. Marka nümayəndələri Vivo İQOO Pro 5G telefonunun satışının cəmi dörd saat ərzində 200.000 ədəddən artıq olduğunu elan edib.

Son.az ted.az-a istinadən bildirir ki, Vivo İQOO Pro 5G-nin qiyməti 5G modemli versiyası üçün 535 dollar təşkil edir, həmçinin LTE versiyası da var ki, bu da 450 dollar dəyərindədir. Şirkətin nümayəndələri əlavə ediblər ki, hətta 12 GB operativ yaddaşı olan ən böyük versiya da 580 dollara 50 000 ədəd tirajla satılıb.

Vivo İQOO Pro 6,41 düym 2340x1080 piksel göstəricili, 12 GB operativ və 256 GB fləş yaddaşa malik super AMOLED diaqonal ekranını alıb. Üçlü əsas kamerada 48 Mp Sony IMX582 görüntü sensoru və F/1.8 diafraqmalı obyektiv quraşdırılıb. Akkumulyator batareyasının tutumu 4500 ma* saat təşkil edir. Smartfonu cəmi 17 dəqiqə ərzində 50% yükləməyə imkan verən 44 vatt-lıq enerji doldurma dəstəyi var.

(adsgarden = window.adsgarden || []).push({});