Üluləzm peyğəmbərlər kim olub?


Digərləri 05 Sen 2019 23:40:00 296 0

Üluləzm peyğəmbərlər kim olub?

"Ülul-əzm" sözünün mənası barədə müxtəlif izahlar mövcuddur. Geniş yayılmış rəyə görə, bu sözün mənası "möhkəm iradə sahibi" deməkdir. İslam dinində bəzi peyğəmbərlər xüsusilə seçilir. Onlar özləri ilə Allah tərəfindən yeni şəriət gətirmiş və insanları bu şəriətə əməl etməyə çağırmışlar.

Son.az islam.az-a istinadən bildirir ki, bu peyğəmbərlərə "ülul-əzm peyğəmbərlər" deyirlər. Onların sayı 5-dir: Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Mühəmməd (s). Bu peyğəmbərlərin hər biri özündən əvvəlki ülul-əzm peyğəmbərin şəriətini nəsx (ləğv) etmiş və yeni hökmlər gətirmişdir. Qalan peyğəmbərlər isə özlərindən əvvəlki peyğəmbərin şəriətinə tabe olmuşlar. Məsələn, Həzrət Musa (ə) ilə Həzrət İsanın (ə) zamanları arasında yaşamış peyğəmbərlər Həzrət Musanın (ə) gətirdiyi hökmləri insanlara çatdırmışlar.

(adsgarden = window.adsgarden || []).push({});