İlk ərəb kosmonavtın kosmosa yola düşməsinə sayılı günlər qaldı


Digərləri 05 Sen 2019 23:45:00 235 0

İlk ərəb kosmonavtın kosmosa yola düşməsinə sayılı günlər qaldı

Hazza əl-Mansuri Birləşmiş Ərəb Əmirliklərindən kosmosa yola düşən ilk insan olacaq. Ərəb astronavt Beynəlxalq Kosmik Stansiyada 16 eksperiment keçirəcək.

Son.az chip.az-a istinadən bildirir ki, səfər sentyabrın 25-də baş tutacaq. Beləcə, Hazza kosmosdakı elmi missiyada iştirak edən ilk ərəb kimi tarixə düşəcək.

Əl-Mənsurinin eksperimentləri çəkisizliklə bağlıdır. Bu işdə ona Beynəlxalq Kosmik Stansiyanın mütəxəssisləri kömək edəcək.

Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mansuri kosmosa yollanarkən özü ilə 10 kiloqram yük aparacaq.

Bu barədə BƏƏ-nin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzin kosmonavtların hazırlanması proqramının direktorunun müavini Məhəmməd bin Rəşid Salem əl-Marri mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, əmirliyin ilk kosmonavtı özü ilə ölkəsinin bayrağını, BƏƏ-nin qurucusu şeyx Zayed bin Sultan Al Nahayyanın kosmonavtlarla şəklini, öz ailə şəkillərini, müqəddəs Quranı və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun "Mənim tarixim" kitabını beynəlxalq kosmik stansiyaya aparacaq. O deyib: "Kosmik mərkəz Hazza əl-Mansuri ilə BƏƏ-nin mədəniyyətinə və tarixi irsinə aid on kiloluq yük göndərir. Onların içində əmirliyin milli bayrağı və loqotip daha sonra muzeydə saxlanılacaq. Həmçinin kosmosa BƏƏ-nin milli "al-Qxaf" ağacının 30 toxumu aparılacaq, sonra isə bu toxumlar əmirliyin ərazisində əkiləcək. Kosmonavtın baqajında, həmçinin elmi-tədqiqatlar üçün materiallar, Yer kürəsinin və Marsın maketi, milli mətbəx nümunələri, bəzi suvenirlər və "Kosmosa göndər" müsabiqəsinin qaliblərinin şeirləri, hekayələri və rəsmləri olacaq."

(adsgarden = window.adsgarden || []).push({});