Bugatti xüsusi sifarişlərdən imtina edib FOTO


Digərləri 05 Sen 2019 23:01:00 227 0

Bugatti xüsusi sifarişlərdən imtina edib  FOTO

Bugatti şirkətinin özəl sifarişlər bölümünün başçısı Pyer Rommelfanger, fransız markasının müştərilərin sifarişləri ilə avtomobil inşa etmək praktikasına son verildiyini bildirib. Bundan sonra, yeni avtomobillər yalnız şirkət dizaynerlərinin layihələrinə əsasən yaradılacaqdır.

10 nüsxədə buraxılacaq Bugatti Centodieci modelinin debütündən sonra, Rommelfanger "Autocar" nəşrinə verdiyi müsahibədə yeni hiperkarın kolleksiyaçılar tərəfindən deyil, kolleksiyaçılar üçün inşa edildiyini qeyd edib. Şirkət bu praktikadan imtina etmək niyyətində deyil.

Son.az autograph.az-a istinadən bildirir ki, Bugatti nümayəndələri mütəmadi olaraq vacib avtomobil tədbirlərinə baş çəkərək, müştəriləri ilə ünsiyyət qurarur, yeni modellər və onların şəxsi avtomobilləri barədə fikirlərini öyrənirlər. Bu söhbətlər komandanı yeni məhsullar hazırlamağa ilhamlandırır. Bununla belə, Rommenfanger  yeni modelin inşa edilməsi barədə qərarın şirkət tərəfindən verilməsinin vacib olduğunu söyləyib.

Xatırladaq ki, Bugatti şirkətinin yeganə nüsxədə inşa etdiyi sonuncu hiperkar La Voiture Noire modeli olub. Hiperkarın markanın "böyük pərəstişkarı" olan şəxsin sifarişi ilə inşa edildiyi və ona 16,5 milyon avroya başa gəldiyi söylənilir..

(adsgarden = window.adsgarden || []).push({});