Avtomobildə gizlədilən papiroslar aşkarlanıb


Digərləri 05 Sen 2019 23:03:00 177 0

Avtomobildə gizlədilən papiroslar aşkarlanıb

Avtomobildə gizlədilən papiroslar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Son.az-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21113" markalı avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin ön sol qapısının örtüyünün arxasındakı boşluqlarda, gömrük nəzarətindən gizlədilən 2500 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.