“Rostex”in direktoru İtaliyada saxlanıldı


Dünya 05 Sen 2019 23:08:00 216 0

“Rostex”in direktoru İtaliyada saxlanıldı

Rusiyanın "Rostex" dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, o, ABŞ-ın sorğusu əsasında tutulub.

Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib. A.Korşunov bu vəzifədə 2009-2017-ci illərə işləyib.

Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını "məsuliyyətsiz rəqabət" adlandırıb. İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.

A.Korşunov 57 yaşındadır. Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.