Dünyanın ən kiçik paltaryuyanı


Digərləri 05 Sen 2019 23:10:00 191 0

Dünyanın ən kiçik paltaryuyanı

İstədiyiniz yerdə paltarlarınız və aksessuarlarınızdan yağı, çirki çıxara biləcəyiniz bir cihaz var. Dünyanın ən kiçik paltaryuyan maşını Sonic Soak-ı kiçik paltaryuyan da adlandırmaq olar. Sonic Soak tez-tez səyahət edənlər üçün əsas və lazımlı bir məhsuldur.

Son.az ted.az-a istinadən bildirir ki, kiçik ölçüsü ilə hər yerə uyğunlaşa bilən bu cihaz zərgərlik, qida və körpə məhsullarını təmizləmək üçün əla bir seçimdir.

Əvvəlcə bir qaba su tökərək, sonra suya yuyucu məhsul əlavə edirsiniz. Son olaraq Sonic Soak-ı suya qoyaraq, təmizlik prosesini başladırsınız. Sonic Soak saniyədə 50.000 ultrasəs titrəməsi ilə məhsulunuzun 99.9% təmizliyini təmin edir. Bu cihaz standart paltaryuyan maşınlara nisbətən 40 qat daha az su və 15 dəfə az enerji sərf edir.

Qeyd edək ki, məhsulun qiyməti 250 dollardır.

(adsgarden = window.adsgarden || []).push({});