PutinZelenski görüşü üçün ideal tarix açıqlandı Qalstuksuz və balıq tutarkən


Dünya 05 Sen 2019 22:12:00 270 0

PutinZelenski görüşü üçün ideal tarix açıqlandı  Qalstuksuz və balıq tutarkən

Ukraynalı astroloq Vlad Ross Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü üçün ideal tarixi açıqlayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onun fikrincə, iki Vladimir üçün ideal tarix 14 sentyabrdır. "Bu dövr 3 oktyabradək davam edə bilər. Görüş üçün ideal tarix isə 14 sentyabrdır", - deyə Ross bildirib.

Astroloqun fikrincə məhz həmin tarixdə Merkuri və Venera Tərəzi bürcü altında birləşəcək ki, bu da yeni əlaqələr üçün ən məhsuldar dövrdür. Ross əlavə edib ki, Zaelenski danışıqlarda qalstuksuz daha güclü görünür, bu səbəbdən Putini balıq tutmağa dəvət etməlidir.