Robot cütlük toplarla jonqlyorluq edir


Digərləri 05 Sen 2019 22:20:00 224 0

Robot cütlük toplarla jonqlyorluq edir

Çiba Universitetininin mühəndisləri iki robota cütlük şəklində üç topun köməyi ilə jonqlyorluq etməyi öyrədiblər.

Son.az ted.az-a istinadən bildirir ki, onlara jonqlyorluq etmək bacarığını aşılamaqda yaponiyalı mühəndislərin əsas məqsədi, robot manipulyatorlara cismin ölçüsünü, xüsusiyyətlərini və sürətini tez və dəqiq qiymətləndirməyi öyrətməkdir. Bu bacarıqlar robotlara sənaye istehsalı və avtomatlaşdırma sahəsində öz vəzifələrini daha effektiv yerinə yetirməyə kömək edəcək.

Mühəndislərin tətbiq etdiyi alqoritmin köməyilə robotlar topu tutub bir-birinə çox asan ötürə bilirlər. Onlara topu görə bilmək üçün yüksək sürətli kameralar quraşdırılıb. Həmin kameraların köməyi ilə robotlar topları saniyədə min dəfə izləyə bilirlər.

Robotlar topun hərəkət trayektoriyasını düzgün hesablaya, hətta topun hərəkət istiqaməti dəyişdiyi təqdirdə əllərinin vəziyyətini müvafiq şəkildə dəyişə bilirlər.

(adsgarden = window.adsgarden || []).push({});