Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır...


Digərləri 05 Sen 2019 22:05:00 272 0

Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır...

Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üş tutmağa tələsirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır.

Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.

Əvvəlcə itburnudan dəmlənmiş çayın faydalarına nəzər salaq:

1. İmmuniteti gücləndirir

2. İltihabi proseslərin qarşısını alır

3. Soyuqdəymə zamanı olduqca xeyirlidir

4. Sinir sistemini sakitləşdirir

5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır

6. Mədə ağrılarını götürür

7. Bağırsaqların təmizlənməsinə kömək edir

(adsgarden = window.adsgarden || []).push({});