Səfər zamanı hansı məkanlarda namazı bütöv şəkildə qılmağa icazə verilir?


Digərləri 05 Sen 2019 21:50:00 227 0

Səfər zamanı hansı məkanlarda namazı bütöv şəkildə qılmağa icazə verilir?

İslam şəriətinə görə, səfər qaydalarına cavab verən hallarda gündəlik dörd rükətli namazlar qəsrlə, yəni ixtisarla, iki rükət şəklində qılınmalıdır. Şiə məzhəbində bu vacib, əhli-sünnə məzhəbində bəyəniləndir. Cəfəri məzhəbinə əsasən, qəsdən səfərdə namazları bütöv qılmaq batildir. Lakin bəzi hallarda namazları bütöv qılmağa icazə verilir. Dini mənbələrdə yazıldığına görə, dörd məkanda müsafirin gündəlik dörd rükətli namazları bütöv qılması icazəlidir.

Son.az islam.az-a istinadən bildirir ki, bu məkanlara aşağıdakılar daxildir: Məkkə, Mədinə və Kufə şəhərlərinin hər hansı güşəsi, Kərbəlada İmam Hüseynin (ə) hərəmində qəbrin təqribən 11,5 metr radiusda ətrafı. Bir daha qeyd edirik ki, bu məkanlarda namazı bütöv qılmaq icazəlidir, vacib deyil. Müsafir şəxs bu dörd məkanda namazları bütöv ya qəsr qılmaqda azaddır, öz seçiminə uyğun hərəkət edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});