VW səkkizinci nəsil Golf modelinin final testlərinə başlayıb


Digərləri 05 Sen 2019 21:01:00 311 0

VW səkkizinci nəsil Golf modelinin final testlərinə başlayıb

Volkswagen şirkəti səkkizinci nəsil Golf modelinin final sınaqlarına başlayıb. Alman istehsalçısı yeni hetçbekin kamuflyaj ötrüyü ilə üzlənmiş prototipinin şəklini də dərc edib. Qeyd etmək lazımdır ki, zolaqlı örtük demək olar ki, hetçbekin formalarını gizlətmir.

Son.az autograph.az-a istinadən bildirir ki, əslində səkkizinci nəsil Volkswagen Golf modelinin dizaynı heç də sirr deyil. Bir müddət bundan öncə, Carscoops saytı avtomobilin reklam çarxının hazırlanması zamanı çəkilmiş şəkillərini dərc etmişdi.

Yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli "robot" ilə təchiz ediləcəkdirlər.

(adsgarden = window.adsgarden || []).push({});