Alimlərdən qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI:


Digərləri 05 Sen 2019 21:05:00 210 0

Alimlərdən qazlı içkilərlə bağlı ÖLÜM XƏBƏRDARLIĞI:

Alimlərin araşdırmalarına görə, qazlı içkilər ciddi xəstəlik riskini artırır.

Medicina.az xəbər verir ki, gündə iki və daha çox stəkan qazlı su istifadəsi ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Əksinə, ayda maksimum bir stəkansa müvafiq riskləri əhəmiyyətli dərəcədə azaldır. Nəticələri "JAMA Internal Medicine" jurnalında təqdim olunan araşdırmada 19 ildə 19 mindən çox insan iştirak edib. Müşahidələr başlayan zaman onların heç birində xərçəng, diabet və ya insult rast gəlinməyib.

Son.az publika.az-a istinadən xəbər verir ki, eskperiment göstərib ki, gündə ən azı iki stəkan (0,5 l) şirin və qazlı içki içən kişilər və qadınlarda mədə-bağırsaq traktının xəstəliklərindən ölüm riski artırır, sadə qazlı içkilər isə ürək-damar xəstəliklərini şiddətləndirir. Alimlər çox miqdarda qazlı içki istifadəsinin Parkinson xəstəliyinin artması riskinə səbəb olduğunu da dilə gətirib.

"Əldə etdiyimiz məlumatlar göstərir ki, qazlı içkilər qanda şəkərin səviyyəsini yüksəldir. Bu da bağırsaq mikroflorasını dəyişdirərək və bağırsaq infeksiyalarına qarşı həssaslığı artıraraq bağırsaq iltihabına səbəb ola bilər. Həzm xəstəliklərinə yüksək həssaslıq olmasının səbəbi də budur" , - deyə Atlanta Emori Universitetinin tibb üzrə dosenti, doktor Şaron Horeş Berqkvist qeyd edib.

Kaloriya Nəzarət Şurasının prezidenti Robert Rankinsə öz növbəsində istehlakçılara xüsusi məhsulların zərərli olması barədə təhrif edilmiş bir şəkil verdiyini qeyd edərək tədqiqatı tənqid edib. Onun sözlərinə görə, aşağı kalorili qatqılar hərtərəfli öyrənilir və təhlükəsizdir.

Fransada 100 mindən çox insanı əhatə edən başqa bir araşdırma da göstərib ki, konservin yalnız üçdə biri və ya 100 ml qazlı su istifadəsi xərçəng riskini 18% artırır. Döş xərçəngi inkişaf ehtimalı 22% -ə qədər artır. Eyni statistika təzə sıxılmış şirələr üçün də aktualdır. Odur ki, alimlər qazlı içki pərəstişkarlarına suya giləmeyvə və ya meyvə parçaları əlavə edərək içməyi məsləhət görürlər.

Bundan əlavə, gündə 76 qrama qədər qırmızı ət yeyən insanlarda xərçəng riski 20% yüksəldiyi, alkoqolun isə xərçəngin inkişaf ehtimalını 8% artırdığı bildirilib.

Qızartma üçün bitki yağıları çox təhlükəlidir, bu iltihablı bağırsaq xəstəliklərinin inkişafına təsir göstərir və bağırsaq xərçəngini doğurur. Mütəxəssislər yağdan təzə və soyuq halda istifadə etməyi məsləhət görürlər.

(adsgarden = window.adsgarden || []).push({});