"Dorian" ABŞda 220 mindən çox sakinin işığını söndürdü


Dünya 05 Sen 2019 20:47:00 215 0

"Dorian" ABŞda 220 mindən çox sakinin işığını söndürdü

ABŞ-ın Cənubi Karolina və Corciya ştatlarında 220 mindən çox sakin elektrik enerjisiz qalıb.

Son.az Trend-ə istinadən bildirir ki, elektrik enerjisində problem ABŞ-da tüğyan edən "Dorian" qasırğası üzündən yaranıb. Qasırğa güclü külək və yağışla müşayiət olunur.

Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi üzərində operativ iş aparılır.

Qeyd edək ki, qasırğa səbəbindən ABŞ-ın Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.