Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi


Digərləri 05 Sen 2019 20:31:00 253 0

Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi

Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.

Bakı. Samir Əli - Bakıda şirkətdən külli miqdarda oğurluq edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ev 1, mənzil 46-da baş verib. Həmin ünvanda fəaliyyət göstərən "İnterpazarlama" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İsmayıl Bülbül polisə müraciət edərək bildirib ki, Lənkəran rayonu, Göyşaban kənd sakini, MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi işləmiş Cavadov Elvin Əlişan oğlu şirkətin 72 min 922 manatını qanunsuz olaraq ələ keçirib.