125 milyon dollarlıq neftə görə kapitana 5 milyon dollar rüşvət?


Dünya 05 Sen 2019 20:04:00 206 0

125 milyon dollarlıq neftə görə kapitana 5 milyon dollar rüşvət?

ABŞ Dövlət Departamenti təsdiq edib ki, iyul ayında  Hibraltarda həbs edilmiş və daha sonra buraxılmış İran neft tankerinin kapitanını ələ almaq istəyib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk "Adrian Darya 1" tankeri (əvvəlcə adı "Grace 1" olub)  Hibraltarda həbs olunmazdan əvvəl kapitana elektron poçtla məktub göndərib. Və ona gəmini ABŞ-ın yuridiksiyası altında olan ərazilərə yönəltməyin əvəzində 5 milyon dollar və təhlükəsizlik qarantiyası vəd edib.

Xatırladaq ki, "Grace 1" tankeri Suriyaya neft daşıması şübhəsi ilə iyul ayında Britaniya hakimiyyəti tərəfindən Hibraltarda həbs olunub. Avqust ayında tanker azad edilib, Tehran gəminin adını dəyişərək "Adrian Darya 1" edib və vəd verib ki, tanker Suriyaya üzməyəcək. Lakin Vaşinqtonda hesab edirlər ki, Tehran yalan danışıb və nəticədə amerikalılar tankerin ovuna çıxıblar.

"The Financial Times" qəzetinin yazdığına görə Brayan Huk hindistanlı kapitan Axileş Kumara bir neçə elektron məktub göndərib, həmin məktubda göstərilib ki, kapitana "bütün ömrü boyu bəs edəcək qədər" pul verəcəklər. Bir şərtlə ki, tankeri ABŞ-ın həbs edə biləcəyi məkana istiqamətləndirsin. Və kapitana xəbərdarlıq edilib ki, təklifdən imtina etsə həyatı mürəkkəbləşəcək.

Kapitan isə bu məktublara cavab verməyib. Nəticədə ABŞ onun adını sanksiyalar siyahısına salıb.

Dövlət Departamentinin sözçüsü təsdiq edib ki, onlar tankerin kapitanı ilə əlaqə yaratmağa çalışıblar.