Azərbaycandan Türkiyəyə səfər edən turistlərin SON STATİSTİKASI (ÖZƏL)


Digərləri 05 Sen 2019 19:59:13 214 0

Azərbaycandan Türkiyəyə səfər edən turistlərin SON STATİSTİKASI (ÖZƏL)

2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib. Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,90 faiz çoxdur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,94 faiz olduğunu açıqlayıb. 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 479,8 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,71 faiz çoxdur. Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,94 faiz təşkil edib.