Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin


Digərləri 05 Sen 2019 19:24:00 246 0

Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin

Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir. 

Son.az bildirir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

AQTA təzə balıq seçərkən nələrə diqqət yetirməklə bağlı da təlimatlar verib.

• Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olur, az miqdarda şəffaf selik ilə örtülür. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur.

• Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır.

• Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur.

• Təzə balığın qanı açıq-qırmızı rəngdə və iysiz, köhnə balığınkı isə qaraya çalan rəngdə və pis qoxulu olur.

• Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük və göz bəbəyi mat olur.