Amansızlıqla doğranmış 227 uşağın məzarlığı aşkar edildi


Dünya 05 Sen 2019 19:30:00 227 0

Amansızlıqla doğranmış 227 uşağın məzarlığı aşkar edildi

Peruda arxeoloqlar 227 uşağın dəfn edildiyi kütləvi məzarlıq aşkar ediblər. 

Son.az Lent.az-a istinadən bildirir ki, böyük əksəriyyəti körpə və yeniyetmə qalıqlarından olan məzarlıqda aparılan ilkin araşdırma nəticəsində o da məlum olub ki, uşaqların hamısı amansızcasına doğranıblar. Məzarlıq paytaxt Perudan bir qədər aralıda aşkarlanıb.

Tarixçilərin fikrincə, uşaqlar yerli inanclara görə, yağış allahına qurban veriliblər. Ekspertlər deyir ki, qətlə yetirilən uşaqlar 4-14 yaş aralığında olublar. Tapıntı ölkədə böyük həyəcan doğurub.

(adsgarden = window.adsgarden || []).push({});