"Toy qiymətləri hədsiz şişirdilib"


Şou-biznes 05 Sen 2019 18:49:00 300 0

"Toy qiymətləri hədsiz şişirdilib"

"Haqlıyla haqsız, doğru ilə yalan yerini dəyişib. Toy qiymətləri hədsiz şişirdilib".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Bağ mövsümü" verilişində deyib. Müğənni bayağı mahnılardan, sənətçilərin toy qiymətlərindən gileylənib. o bildirib ki, sənəti olmayanlar məclisə baha qiymətə gedir:

"Zəhmət çəkib sənət göstərmək istəyirik. Toy olanda nə olar ki... Orda da yaxşı mahnı oxumaq lazımdır. Bizim o qədər toy üçün xalq, bəstəkar mahnılarımız var ki...  Zövqlər dəyişilib. Qızım, oğlum onu istədi, gətirim toya. Puluna da baxmırlar. İfaçılar arasında fərq qoyulmur, bu da artıq bizi yorur.

Gəlib toyda elə mahnı sifariş edir ki, utanıram oxumağa. Mənim səviyəm deyil axı".