Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib


Digərləri 05 Sen 2019 18:41:00 241 0

Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib

Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib.

Bakı. Bakıda Dövlətlərarası Aviasiya Komitəsi ilə Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, müşavirədə 6 ölkənin nümayəndələri və 2 regional təşkilatın mütəxəssisləri iştirak edib. Azərbaycan Respublikası tədbirdə Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi və Hava Nəqliyyatında Baş Polis İdarəsinin nümayəndələri ilə təmsil olunub. Tədbirdə “Aviasiya təhlükəsziliyinin təmini üzrə ICAO-nun Qlobal Planı” və bu istiqamətdə üzv dövlətlər tərəfindən tərtib ediləcək yol xəritəsi müzakirə edilib. Mülki aviasiyada terrorçuluğa qarşı mübarizə formaları haqqında ətraflı danışılıb. Özbəkistan və Azərbaycan tərəflərinin müraciətlərinə əsasən, 2016-2019-cu illərdə ICAO tərəfindən audit keçirilmiş ölkələrin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının nümayəndələri auditə hazırlıq, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması üzrə tövsiyə xarakterli geniş məlumat verib.