Azərbaycanda kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi təqdim olundu


Digərləri 05 Sen 2019 18:29:00 309 0

Azərbaycanda kənd təsərrüfatı kreditlərinin qiymətləndirilməsi sistemi təqdim olundu

"Azərbaycanda bütün kredit təşkilatlarına yeni Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi (AzALES) təqdim olunub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Kreditləşmə və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu sistem 15 gün ərzində sınaqdan keçiriləcək. M.Əliyev bildirib ki, sistem banklara aqrar sahədə riskləri daha yaxşı qiymətləndirməyə, eləcə də kredit müraciətlərini daha qısa zamanda nəzərdən keçirməyə imkan verəcək.

Öz növbəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti bildirib ki, yeni sistem kredit təşkilatlarının əməkdaşlarının maliyyə sahəsində biliklərini təkmilləşdirəcək.