Sürix gimnaziyasında məktəblilərə Azərbaycan mədəniyyəti təqdim olunub (FOTO)
Digərləri 05 Sen 2019 18:13:00 201 0
İsveçrənin Sürix şəhərinin gimnaziyasında məktəblilərə Azərbaycan mədəniyyəti təqdim olunub.
Bakı.
Azərbaycannın İsveçrədəki səfirliyindən aldığımız məlumata əsasən, İsveçrədə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov Sürix şəhərinin gimnaziyasinda 160 məktəbliyə müəllifi olduğu mədəniyyət və intenqrasiya layihəsini növbəti dəfə təqdim edib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində rəqs seminarları şagirdlərə təqdim edilib və bu seminarlardan biri Azərbaycan rəqsqlərinə həsr olunub.
Azərbaycan rəqslərinə həsr olunmuş seminarda 2018-ci ildən etibarən İsveçrədə fəaliyyət göstərən Qarabağ Azərbaycan məktəbinin rəqs müəllimi Gülnarə Axundovanın məktəblilər ilə təşkil etdiyi rəqslər şagirdlər tərəfindən çox maraqla qarşılanıb. Gün ərzində 160-dan artıq 15-16 yaşlı şagirdə Azərbaycan rəqsləri öyrədilib.
Mənbə: az.trend.az