Corat sakinini Sumqayıtda avtomobil vurub öldürüb


Digərləri 05 Sen 2019 18:09:00 182 0

Corat sakinini Sumqayıtda avtomobil vurub öldürüb

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 21 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini A.Rəhimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən Corat qəsəbə sakini Əziz Cahangirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.