Opera və Balet Teatrı 111ci teatr mövsümünün açılışına hazırlaşır


Kriminal 05 Sen 2019 17:41:00 202 0

Opera və Balet Teatrı 111ci teatr mövsümünün açılışına hazırlaşır

Sentyabrın 19-da Üz.Hacıbəylinin "Koroğlu" operasının tamaşası ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 111-ci teatr mövsümünə başlayacaqdır. Tamaşa Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaqdır.

Tamaşada Teatrın aparıcı solistlərindən Əməkdar artistlər Afaq Abbasova (Nigar), Ramil Qasımov (Koroğlu), Cahangir Qurbanov (Həsən xan), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Əkrəm Poladov (Alı kişi), Fidan Hacıyeva (Xanəndə qız), solist  Taleh Yahyayev (Ehsan paşa) və b. çıxış edəcəklər.  Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin  laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Eyni zamanda festival çərçivəsində həmçinin sentyabrın 21-də C.Puççininin "Bohema" operası, sentyabrın 22-də F.Əmirovun "Nəsimi" baleti,  sentyabrın 28-də A.Adanın "Jizel" baleti, sentyabrın 29-da Üz.Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaları nümayiş olunacaqdır.

Yeni teatr mövsümündə Opera və Balet Teatrının tamaşaçılarını çox maraqlı layihələr - premyeralar, tanınmış opera və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar gözləyir.