Bakıda ağac kəsiminə qarşı maraqlı addım


Digərləri 05 Sen 2019 17:24:00 190 0

Bakıda ağac kəsiminə qarşı maraqlı addım

Kəsilmiş 6 ədəd Eldar şamının günahı bağışlanmaz! Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözlər Yusif Səfərov 12 ünvanında yaşayan bina sakinləri tərəfindən həyətdə asılmış lövhədə əksini tapıb. Binanın qarşısındakı ağacları kəsərək obyekt tikmək istəyən sahibkarla mübarizədən qalib çıxan sakinlər kəsilmiş ağacların xatirəsinə lövhə qoymaq qərarına gəlib.

Bina sakini İlham bəyin sözlərinə görə, ərazidə qeyri-qanuni olaraq "moyka"  tikmək istəyiblər:

"6 dənə 50 ilin Eldar şamı kəsildi. Qurumuş deyildi, bir şey deyildi. Biz də səs-küy saldıq, icazə vermədik ki, kəsilmiş ağacların yerinə obyekt tikilsin".

Ağacların kəsilməsinə etiraz edənlərdən biri də binanın ağsaqqalı, Ağdam rayon məcburi köçkünü Mürşüd Hümbətov olub. Mürşüd bəyin sözlərinə görə, artıq kəsilmiş ağacların yerinə yeniləri əkilib: